Jan 16

Almaniya məhkəməsi Kuznetsovun həbsinə qərar verdi

Almaniyanın Federal Ali Məhkəməsi "Şimal Axını" qaz kəmərindəki partlayışlarda şübhəli bilinənlərdən biri olan Ukrayna vətəndaşı Sergey Kuznetsovun həbsinə qərar verib.

Mozalan.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı məlumat verir.

Məhkəmənin qərarına əsasən, "Şimal Axını"ndakı partlayışlar çox güman ki, "xarici dövlət adından" törədilib. "Der Spiegel" yazır ki, sənəddə məhkəmənin Ukraynadan bəhs etdiyi açıq şəkildə göstərilir.

Məhkəmə qərarını Ukrayna Silahlı Qüvvələrinin keçmiş xüsusi təyinatlı əsgəri Sergey Kuznetsovun müdafiəsi tərəfindən onun həbsinə qarşı verilən apellyasiya şikayətinə cavab olaraq verib. O, 2025-ci ilin avqust ayında İtaliyadakı bir kurortda saxlanılıb. Hazırda Almaniyada həbsdədir.

Jurnalın məlumatına görə, Almaniya Baş Prokurorluğu Ukrayna vətəndaşını partlayış təşkil etmək və binaları dağıtmaqda ittiham edib. İtaliyada həbs olunan Sergey Kuznetsov bunlarla hər hansı bir əlaqəsini inkar edib. Vəkilləri daha sonra məhkəmədə iddia qaldıırblar ki, ona toxunulmazlıq verilməlidir.

Elvin

Mozalan.az

Bənzər xəbərlər

Gündəm

0.02239990234375