Jun 28

MİDA-nın adından 11 nəfəri aldadan şəxs azadlıqdadır-VİDEO

Yasamal  rayonu, Yeni Yasamal qəsəbəsi ,Əsəd Əhmədov 24 B              mənzil 198 –də  yaşayan Süleymanovlar ailəsinin üzvləri Süleymanov Sevgin Hümmət oglu , Süleymanova Elza             Naməddin qızı   və bir qrup zərər çəkmişlər  tərəfindən redaksiyamıza şikayət daxil olub. Vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdən, Baş Prokuror Kamran Əliyevdən, Daxili işlər naziri Vilayət Eyvazovdan   kömək umurlar. Həmin müraciəti olduğu kimi dərc edirik:

 

 

 

                                     

                                                                  “ Müraciət

                                                          Hörmətli Cənab Prezident

    Yazıb sizə bildirirəm ki,mən  2020-ciil may ayından gənc ailə olaraq evimiz olmadığı üçün MİDA-dan Sosial mənzil almaq istədim. Mənim (Süleymanova Elza)iş yoldaşım MİDA-dan ev almagmizin münasib olduğunu  və tanış vasitəçi  Hüseynov Əli Məşədi oğlu  pul müqabilində mənzil satdığını bildirdi. ƏIlaqə nömrəsini verdi (0708437989)(055 366 08 94) .

Yasamal rayonu, Şərifzade 44A ünvanında ,çay evində görüşdük(Qeyd edim ki, hər dəfə həmin çay evində görüşürdük).

Biz dedik ki, dövlət işində işləmirik, amma onun adına ala biləcəyimiz adam var. O isə dövlət işində işləyənə ehtiyac yoxdur, əlavə 500 azn ödəsəniz sizə mənzil təşkil edərəm dedi. Sövdələşməyimizə əsasən bizdən ilkin ödəniş kimi 1000 azn və şəxsiyyət vəsiqəsinin  asan imza, nikah şəhadətnaməsinin surətinitələb etdi.  Tələb etdiyi məbləği və sənədləri ertəsi günü həmin çay evinin qarşısında verdik. Təxminən 1 həftədən sonra yenidən 2000 azn pul istədi. Həmin axşam o pulu çatdırdıq. Bizə bildirdi ki  3 otaqlı mənzil üçün 11500 azn xərciniz olacaq. Hissə-hissə 6ay ərzində 10845 azn ödəniş etdik. Yaxın adamlarımdan olan daha 2 nəfər (Arif və Fəyyaz ) mənzil almaq üçün onunla görüşdülər. Buna qarşılıq olaraq 500 azn bizə endirim etdi. Mənzili 2ay almaq müddətini 6 aya qədər uzatdı.  Biz ondan mənzil tələb etdikdə VTB bankın Əcəmi filialına yönləndirdi və dedi ki, bankın nümayəndəsi sizə yaxınlaşacaq, ipoteka sənədləri imzalanacaq. 3 ailə qrup şəklində getdik , bir müddət gözlədik, bizə yaxınlaşan olmadı.  Özümüz bank işçisindən maraqlandıq o bizə məlum etdi ki ipoteka yalnız baş ofisdə olur. Biz aldadıldığımızı anladıq və Əliylə əlaqə saxladıq, onun yönləndirdiyi şəxslərə (Kənan və Yaşar- əsil adları Laçın və Rahim imiş)zəng çatmadı. Nömrələr bu idi 055 2861757 Laçın ,077 3064683 Yaşar. Əliylə yenidən əlaqə saxladıq, bildirdik ki ,bu nömrələrə zəng çatmır. Bizi sakiləşdirmək üçün müxtəlif bəhanələr gətirdi. Dedi narahat  olmayın ,pul məndədi ,mənə vermisiz, məndən də alarsız. Pul mənlikdi (Video sübutumuz var). Polisə şikayət etdiyimizi dedikdə get hara şikayət edirsən elə, mən heç kimdən qorxmuram,  əliniz hara çatırsa ora verin, mən nazirlik polis zad hərləmirəm dedi.

 Bizim 19.09.2020- cil tarixində 102 Qaynar xəttə şikayətimiz qeydə alındı və 28 saylı bölməyə çağırdılar. Orada bizə məlum oldu ki, bizdən əlavə daha 11 nəfəri Əli adında bu şəxs aldadıb. Biz bilmirik müstəntiq işi necə aparır, amma məlum oldu ki Əli bu işdə tək deyil ,bunlar mütəşəkkil dələduz dəstəsidi. Onlar bizim kimi sadəlövh, köməksiz ,evsiz, sadə adamları ev düzəltmək adı ilə aldadaraq pullarını mənimsəyirlər. Bizdə olan məlumata görə Hüseynov Əli hər yerdə deyir ki, mən polisə pul vermisəm. Mənə heçnə olan deyil.

 Biz müstəntiq Cümşüdovun otağında üz- üzə gəldik. Pulumuzu qaytarın dedik . O bizə pulunuz polisdədi ,gedin ondan alın deyərək cavab verdi.

Artıq bu işlə bağlı Əlinin dələduz dəstəsindən Laçın və Rahim adında şəxslər həbsdədi. Bizim hər getdiyimizdə müstəntiq Cümşüdova Əlidən şikayət etdiyimizə rəğmən o hələ də azadlığdadı. Belə çıxır ki özünü xəstə kimi qələmə verən Hüseynov  Əliyə gözün üstə qaşın var deyən olmayacaq. Məsuliyyətdən kənarda qalacaq. Bizim kimi köməksiz insanların pullarını mənimsəyərək kef edəcək. Sual olunur ki, Hüseynov Əli niyə həbs edilmir. 11 nəfərdən aldığı pulları hara edib.

                 Hörmətli Prezidentimiz

Xahiş edirik ki bizim etibarımızdan sui-  istifadə edən Əli həbs edilsin ,məsuliyyətə cəlb olunsun bizə dəyən maddi ziyanı ödəsin. Cünki biz o qəpik- qəpik topladığımız pulu ev almaq məqsədilə Əliyə vermişdik. O isə bizim pullari mənimsəyərək əli cibində gəzir . Bizdə olan məlumata görə onu himayə edən bir qrup səlahiyyətli şəxslər var. O belə rahatlıqla və özünə əmin olaraq Dövlət nəzarəti olan MİDA və VTB bank adından istifadə edir.İşi aparan müstəntiq Cümşüdov bizi dindirən  zaman baxmayaraq ki,  zərərçəkən tərəf bizik ,bizlə kobud davranır, təzyiqlər edir Əlini məsuliyyətdən kənarda saxlayaraq onu himayə edir. Bu günə kimi bizi Əliylə üzləşdirməyib. Xahiş edirik  bildirin ki müstəntiq  Cümşüdov Məmmədəliyə vətəndaşların kimliyindən asılı iolmayaraq  işə bir dövlət məmuru olaraq hörmətlə yanaşsin.

                                                   İmza:   Süleymanova Sevgin

                                                              Süleymanova Elza

                                                              Ələkbərov Fəyyaz

                                                              Hüseynova Fidan

                                                               Qurbanov Arif

                                                              Əmirov Fəyyaz”

 

 

 

 

Bənzər xəbərlər

Gündəm

0.029412984848022