Nov 15

Çin sədri ABŞ-də səfərdədir - VİDEO

Çin sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün San-Fransiskoya səfər edib.

Mozalan.az “Xinhua” agentliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində, həmçinin Si Cinpinlə amerikalı həmkarı Co Bayden arasında danışıqlar keçiriləcək. 

Cinpini hava limanında Kaliforniya ştatının qubernatoru Qevin Nyusom və ABŞ-nin maliyyə naziri Canet Yellen qarşılayıb. 

Qeyd edək ki, sözügedən sammit noyabrın 15-17-si keçiriləcək. Çin və ABŞ liderləri arasında görüşün isə bu gün keçiriləcəyi planlaşdırılır. Ağ Evin məlumatına görə, liderlər İsrail-HƏMAS qarşıdurmasını, eləcə də Ukraynaya dəstək məsələlərini müzakirə edəcəklər.

 

Bənzər xəbərlər

Gündəm

0.017460107803345