May 02

“Oralarda necədir?”: Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır - VİDEO

Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə fərqli mədəniyyəti, gülərüz insanları, texnoloji çağın önündə gedən və qeyri-adi adətləri olan Yaponiyadan bəhs olunub.

Yaponiya əhalisinin sayı 125 milyon nəfərdir. Amma gündoğan ölkədə doğulanların sayı ilbəil 3-4 faiz aşağı düşür. Yaponiyada dünyaya uşaq gətirmək üçün klinikaya 450 dollar ödəniş etməlisən.

Bu bizim pulla 765 manat edir. Bələdiyyə hamilə qadınlara xüsusi nişan təqdim edir.

Bu nişanı yanında gəzdirən qadına, necə deyərlər, bütün qapılar açıq olur. Onlara ictimai nəqliyyatda yer verirlər, heç bir yerdə növbədə gözlətmirlər və s. Yapon uşaqlarına qayda-qanunu elə kiçik yaşlarından öyrədirlər.

Bağçaya hələ bir yaşı tamam olmayan uşaqlar da qəbul olunur. Üç yaşa qədər olan uşaqlar üçün ödəniş aylıq 300 dollar (510 manat), üç yaşdan altı yaşına qədər isə 250 dollar (425 manat) təşkil edir. Yaponiya “anime”ləri ilə də dünyada məşhurdur. Tokioda “anime” kolleci belə var. Məzun olanlar Hollivud cizgi filmləri üzərində işləyə, kompüter oyunları yarada, hətta avtomobil markaları üçün yeni dizayn da təqdim edə bilirlər.

“Anime” ilə iki milyard dollar gəlir gətirir və kontentin 80 faizi Yaponiyada hazırlanır. Kollecdə oxumaq üçün ildə 9000 dollar (13500) manat ödənilməlidir. Yaponiyada bir peşə var ki, buna dünyanın heç yerində rast gəlmək olmaz. Bu da qadın tərifləmək, onu dünyanın ən gözəl sözləri ilə vəsf etmək peşəsidir. Qadınlar bu peşəni icra edənlərin olduğu klublara adətən yaxşı vaxt keçirməyə gəlirlər.

Klubda oğlanlar işləyir. Onları “host oğlan” deyə çağırırlar və gələn qadın müştəriləri əyləndirirlər. Oğlanların xarici görünüşü və qadınlarla ünsiyyət bacarığı əsasdır. Müştəri nə qədər çox pul xərcləyərsə, bu “host oğlan”ın maaşına təsir göstərir. “Host”un əsas işi qızlara əla komplimentlər deməkdən ibarətdir.

Bu klubun qadın müştərilərindən yaş soruşmaq, onlara toxunmaq, hansı işlə məşğul olduqlarını öyrənmək qadağandır.

Ətraflı süjetdə:

Bənzər xəbərlər

Gündəm

0.020122051239014