May 01

Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir

Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.

Mozalan.az xəbər verir ki, proses sentyabrın 1-dək davam edəcək.

Sənaye üsullu balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.

Qeyd edək ki, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Bənzər xəbərlər

Gündəm

0.026293039321899