Apr 25

Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir

Azərbaycanla Ermənistan arasında şərti sərhədin Qazax istiqamətində delimitasiya prosesi davam edir.

Ermənistan KİV-də yer alan məlumata görə, artıq Kirants istiqamətində hərəkətlilik müşahidə olunur. 

Belə ki, Kirants kəndi yaxınlığında yerləşən körpünün minalardan təmizlənməsi işlərinə start verilir. Erməni sakinlər körpünün Azərbaycana təhvil veriləcəyini iddia edirlər.

Xatırladaq ki, daha əvvəl Ermənistan tərəfi Voskepar istiqamətində Müqəddəs Məryəm kilsəsinə bitişik ərazilərin minalardan təmizlənməsini həyata keçirmişdi.

Bənzər xəbərlər

Gündəm

0.026826858520508