Apr 29

Bakıda daşınmaz əmlakın qiyməti ARTDI

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub.

Bu barədə Mozalan.az-a İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, mart ayında əvvəlki ayda olduğu kimi, fərdi həyət evlərinə tələbin artması müşahidə olunub. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1,4 faiz qiymət artımı qeydə alınıb.

Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb dəyişməyib. Yaşayış binalarında olan mənzillərdə 0,9 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində 1,3 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər dəyişməyib.

Qeyd edək ki, ümumilikdə ölkə üzrə 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz təşkil edib. 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101 faiz olub. Eyni zamanda, 2024-сü ilin yanvar-mart aylarında tikinti materiallarının istehsalının ümumi dəyəri 274,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb.

Bənzər xəbərlər

Gündəm

0.043632030487061