Mahmud Abbas Moskvaya gedir
Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas yanvarın 21–22-də Rusiyaya iki günlük rəsmi səfər edəcək.
Mozalan.az xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfirliyi TASS agentliyinə məlumat verib. Bildirilib ki, səfər çərçivəsində Mahmud Abbasın Rusiya prezidenti Vladimir Putin ilə görüşü planlaşdırılır.
Diplomatik nümayəndəlik görüş zamanı müzakirə olunacaq məsələlər barədə hər hansı detal açıqlamayıb.
Qeyd edək ki, Mahmud Abbas sonuncu dəfə Moskvada 2025-ci ilin may ayında rəsmi səfərdə olub.



















































