Baş katib: Rusiya Ukraynada hər ay 25 minə qədər əsgərini itirir
Rusiya Ukraynaya hücumu zamanı hər ay 25 minə qədər əsgərini itirir.
Mozalan.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte "Qlobal Avropa" konfransında çıxışı zamanı deyib.
"Rusiya hazırda Ukraynanın möhkəm müdafiəsi səbəbindən çox sayda əsgər itirir. Rusiya ayda 20.000 ilə 25.000 arasında əsgərini itirir. Mən ağır yaralılardan yox, ölənlərdən danışıram. Bunu 1980-ci illərdə Əfqanıstandakı müharibə ilə müqayisə edin, orada 10 il ərzində təxminən 20.000 əsgər itirdilər, ziddiyyət kəskindir. İndi onlar cəmi bir ay ərzində eyni sayda, hətta daha çox əsgər itirirlər”, - Rutte qeyd edib.
NATO Baş katibinin sözlərinə əsasən demək olar ki, Rusiya təkcə 2025-ci ildə Ukraynada təxminən 300.000 nəfər itirib.
Rutte həmçinin vurğulayıb ki, Moskva NATO-ya qarşı mövqeyini yumşaltmaq əlaməti göstərmir. "Rusiyanın tezliklə aqressiv və ehtiyatsız davranışını dəyişəcəyinə inanmaq üçün heç bir səbəb yoxdur. Əksinə, o, uzunmüddətli qarşıdurma axtarır", - o qeyd edib.
Rutte əlavə edib ki, Rusiya bu məqsədə çatmaq üçün Çin, İran və Şimali Koreya ilə işləyir. Şimali Atlantika Alyansının rəhbərinin sözlərinə görə, bu dörd ölkə NATO-ya meydan oxumaq üçün getdikcə daha çox əməkdaşlıq edir, lakin blok üzv dövlətlər arasında uzunmüddətli tərəfdaşlıq üstünlüyünə malikdir.
Mürtəza



















































