Minlərlə somalilinin Amerikanı tərk etməsi tələb ediləcək
ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-dakı minlərlə somalilinin Müvəqqəti Qorunan Statusunu (TPS) ləğv edir və onlardan 17 marta qədər ölkəni tərk etmələrini tələb edəcək.
Mozalan.az bu barədə Fox News-a istinadla xəbər verir.
Daxili Təhlükəsizlik Katibi Kristi Noemin "Somalidəki vəziyyət o qədər yaxşılaşıb ki, artıq Müvəqqəti Qorunan Status Qanununun tələblərinə cavab vermir" dediyi bildirilir.
Noyabr ayında Tramp Minnesota ştatında yaşayan somalililərin müvəqqəti qorunmasını dayandırdığını elan edib və 1991-ci ildə keçmiş Respublikaçı Prezident Corc Buşun dövründə başlayan proqramın bitməsini sürətləndirib.
Elvin
Mozalan.az



















































