Jan 15

Sosial şəbəkələrdə cinayətkar qrupların təbliği ilə məşğul olan şübhəlilər saxlanılıblar

Türkiyədə sosial şəbəkələrdə cinayətkar qrupların təbliği ilə məşğul olan şəxslərə qarşı yanvarın 15-də keçirilən əməliyyatlarda 325 şübhəli saxlanılıb.

Mozalan.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında yazıb.

Əməliyyatlar zamanı 41 tapança, 36 ov tüfəngi və 1 ədəd AK-47 avtomatı aşkarlanaraq götürülüb.

Sosial media hesabları vasitəsilə cinayəti və cinayətkarı təbliğ edən paylaşımlar edənlər barəsində prokurorluq tərəfindən istintaq başlanıb.

Bənzər xəbərlər

Gündəm

0.020993232727051