Mozalan.Az
  • Xəbər
  • Karikatura
  • Gündəm
  • Tənqid
  • Video
  • Cəmiyyət
  • Əlaqə
Övladlarınızın Sağlam və İntelektli Böyüməsi üçün - “Happy School” Seçimi
Müddətli həqiqi hərbi xidmətlə əlaqədar yekun tibbi müayinənin aparılması qaydası müəyyənləşib
Mincivan qəsəbəsinə ilkin olaraq 3 146 nəfər köçürüləcək
Media nümayəndələri Zəngilanda "Ağalı" hotelində olublar
“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”
Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
"100"
May 14

Biznesmen övladlarının lüks həyatı – Feyziyevlərin milyonluq avtomobilləri (VİDEO, FOTOLAR)








“Clear” və “İron” otellərinin sahibi Fikrət Feyziyevin oğlanları Elvin və İslam Feyziyev qardaşlarının milyonluq həyatı…

Biznesmen, məmur övladlarının lüks həyatlarını nümayiş etdirməsi ənənə halını alıb. Atalarının, qohumlarının pulu hesabına zəngin həyat tərzi sürənlər bunu əsasən “İnstagram” hesablarında foto paylaşaraq göstərməyə çalışırlar. Bu hal “Clear” və “İron” otellərinin sahibi Fikrət Feyziyevin oğlanlarına da aiddir.

Minval.info xəbər verir ki, otellərin sahibləri Fikrət və Fəxrəddin Feyziyev qardaşlarıdır. Yerli mətbuatda qardaşlar haqqında kifayət qədər material dərc edilib. Belə ki, məlumata görə, Fikrət və Fəxrəddin Feyziyev qardaşları hələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək İrana qırmızı civə satışını təşkil etməyə başlayıblar.

Bir xeyli müddət qeyd olunan bizneslə məşğul olan qardaşlar, nəhayət, 2000-ci illərin əvvəllərində keçmiş MTN-in diqqət mərkəzinə düşürlər. Namiq Abbasovun ( o zaman MTN-nin rəhbəriydi – red) göstərişi əsasında adları çəkilən qardaşlarla bağlı əməliyyat keçirilir və onlar həbs olunurlar. Ancaq qardaşlar müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olurlar.

 

Fikrət Feyziyevin əldə etdiyi milyonlar onun oğlanları Elvin və İslam Feyziyevlərin də lüks həyat yaşamasına rəvac verib. Belə ki, oğul Feyziyevlərin bütün günü istirahətdə, kef məclislərində keçir. Ölkənin ən lüks məkanlarında əyləncələr, Avropada, Dubayda istirahət, minlərlə manat dəyərində olan avtomobillər…

Məsələn, Elvin Feyziyev və qardaşı İslam Feyziyev bahalı maşın kolleksiyasına sahibdirlər. Buraya 99 BB 005 nömrəli «Mercedes Galenvagen», 90 FX 090 nömrəli «Mercedes» Galenvagen», «Rolls Royce», 90 AD 090 dövlət nömrə nişanlı «Mercedes Galenvagen», 99 DD 005 nömrəli «Lexus 570», 10 OB 002 nömrəli son model «Mercedes S Klass», 90 FL 090 nömrəli «Mercedes Galenvagen», 90 UO 909 nömrəli «Mercedes-Benz G-Klasse» daxildir.

Avtomobillərin bahalı olması ilə yanaşı dövlət nömrə nişanları da xüsusi seçilir. Göstəriş sevən gənclər bu məsələdə də maksimum diqqət çəkəcək nömrə ilə maşın idarə edir, fotolarını paylaşırlar.

«İnstagram»dakı şəkillərdən görünür ki, oğul Feyziyevlər heç vaxt ucuz yerdə oturmurlar və onlar bahalı məkanlarda atalarının pullarını ürəkləri istəyən şəkildə xərcləyirlər.

 

Məlumata görə, Elvin və İslam Feyziyevlər atalarına məxsus «İron» otelində də tez-tez görünürlər. Fikrət Feyziyev «Clear», «İron» otellərindən, eləcə də metal biznesindən əldə etdiyi gəlirlərlə oğlanlarına hər cür şərait yaradıb.

Yerli mətbuatda “Clear” və “İron” otellərinin də adı yetərincə qalmaqalda keçir. Məsələn, bu otellərdə qadın alverinin olması, hətta bu yolla çoxlarının şantaj edilməsi də iddia edilir. Belə ki, yerli mediada yazılan iddialara görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor və hazırda həbsdə olan Akif Çovdarovun təkidi ilə həmin hotellərə gizli kamera yerləşdirilib. Bunun sayəsində isə xeyli sayda imkanlı adamın övladı “toru”na düşüblər. Onların intim görüntüləri gizli şəkildə çəkilərək, şantaj vasitəsi kimi özlərinə qarşı istifadə olunub.

Feyziyevlərin lüks həyatlarını özündə əks etdirən fotoları təqdim edirik:

Minval.info

 
 
 
 
 
 
 
F
 

Bənzər xəbərlər

  • Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”
  • Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi
  • Rasim Balayev: “Səriştəsi, ustalığı olmayan adamlar film çəkirlər” - FOTO
  • Saxta jurnalist adı ilə rüşvət aldı! Diqqətli olun
  • "Öz gözündə tiri görməyib başqasında çöp axtaran" Çinarə Atayeva: Nöqsanlara görə işdən çıxarılan sabiq direktor niyə həmkarlarını ləkələməyə çalışır?
  • Sərt TƏNQİD: “Primitiv savadı olanlar da alimlik dərəcəsi alır”
  • İndiki təhsil sistemi sosial ədaləti təmin edə bilmir - TƏNQİD
  • Deputatdan irad dolu çıxış: "Bu nə vaxta qədər davam edəcək? Kim bilirsə, söyləsin"
  • "Xaricə gedib bir diplom alırlar və gəlib Azərbaycanı idarə edirlər" - Deputat
mozalan.az

Gündəm

  • Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib
  • Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb
  • DYP qeyri-sabit hava şəraiti ilə bağlı müraciət edib
  • Müddətli həqiqi hərbi xidmətlə əlaqədar yekun tibbi müayinənin aparılması qaydası müəyyənləşib
  • İtaliya Azərbaycana yeni səfir təyin edib
  • Media nümayəndələri Zəngilanda "Ağalı" hotelində olublar
  • Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
  • Cavanşir körpüsünün söküntüsü zamanı təhlükəsizlik nəzərə alınmayıb - AÇIQLAMA
  • İlham Əliyev “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib
  • Azərbaycanın bəzi bölgələrinə qar yağıb
  • Azərbaycan-Belarus sənədləri imzalanıb - FOTO
  • Sərnişinlərin nəzərinə: Metronun işində yubanma yaranıb
  • “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
  • Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi
  • Ölkə ərazisində qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
  • “Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb - FOTO/VİDEO
  • Bakı metrosu vaqonlar üçün təkərlər alır - MƏBLƏĞ
  • Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı - FOTO
  • Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
  • Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
  • Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
  • Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir

Karikaturalar

  • Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib
  • Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb
  • DYP qeyri-sabit hava şəraiti ilə bağlı müraciət edib
  • Müddətli həqiqi hərbi xidmətlə əlaqədar yekun tibbi müayinənin aparılması qaydası müəyyənləşib
  • İtaliya Azərbaycana yeni səfir təyin edib

Video

  • “Oralarda necədir?”: Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır - VİDEO
  • Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
  • Mələkxanım Eyubova dəbdəbəli villasını göstərdi - FOTO/VİDEO
  • İsmayıllıda torpaq sürüşməsi problemi: “Ölməsək, işimizi həll edən olmur” - VİDEO
  • Koroğlu indi yaşasaydı "Koroğlunun kruqunda" baş verənlərdən ŞOKA DÜŞƏRDİ - VİDEO
  • İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib - VİDEO
  • Çin sədri ABŞ-də səfərdədir - VİDEO
  • “AAAF Park“-ın rəhbərliyi FHN-ni saya salmır - VİDEO

  • MİDA-nın adından 11 nəfəri aldadan şəxs azadlıqdadır-VİDEO

  • Yaxınlari Tərəfindən Atilmiş Tənha Kimsəsiz Zeynəb xanim-VİDEO

Copyright © 2014 - 2025 Mozalan.az

Developed By icode.az

0.027590990066528