Nov 14

"Xaricə gedib bir diplom alırlar və gəlib Azərbaycanı idarə edirlər" - Deputat

Bu gün dil bilmək Azərbaycanda savadlılığın dərəcəsi kimi qiymətləndirilir.

Mozalan.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

Deputat vurğuladı ki, ingilis dilini bilmək ölkədə savadlılıq göstəricisi olub:

“Gedirlər dil öyrənirlər, sonra xaricə gedib bir diplom da alırlar və gəlib Azərbaycanı idarə edirlər. Azərbaycanın nağıllarını, dastanlarını, folklorunu bilmədən Azərbaycanı idarə edəcəksiniz? Orta məktəbdən yayınıb, dil öyrənməyə yönəlirlər. Biz dil bilən aristokratiya yetişdirə bilmərik”.

Bənzər xəbərlər

Gündəm

0.035146951675415