Feb 14

Saxta jurnalist adı ilə rüşvət aldı! Diqqətli olun

Salam, hörmətli oxuyucular. Bu xəbəri sizə məlumat üçün bildiririk ki, "Mozalan. az" saytının adından istifadə edərək

Bağçaya yaxınlaşıb bağça müdirindən müəyyən məbləğdə məvacib alınmışdır.

Hadisə təxminən 2 həftə öncə baş vermişdir. Özünü jurnalist kimi tanıdan şəxs bağçaya yaxınlaşıb onlara "Mozalan.az" saytının rəhbəri İlham bəy olduğunu bildirmişdir. Bundan sonra bağça müdiri həmin fırıldaq edən saxtakara müəyyən məbləğdə ödəniş etmişdir.

Bu xoşagəlməz hadisədən xəbərdar olduqdan sonra sizləri də bu haqda məlumatlandırmaq istədik. Həmin şəxs "Mozalan.az" saytının rəhbəri İlham bəyin adından istifadə etmişdir. Bir şəxsiyyətə yaraşmayacaq olan bu hərəkəti təəssüflər içərisində sizlərə təqdim edirik.

Bu xəbəri sizə xəbərdarlıq üçün çatdırırıq ki, belə bir hal baş verərsə, polisə və ya "Mozalan.az" saytının rəhbəri İlham bəyə 0517516295 məlumat verəsiniz.

Ola bilər ki, həmin şəxs və ya şəxslər başqa saytlar və sayt rəhbərləri adından bağçalara və ya digər tədris müəssisələrinə yaxınlaşsınlar.

Bu halda mütləq polisə və ya sayt rəhbərinə məlumat verin.

Bənzər xəbərlər

Gündəm

1.8898520469666