Apr 01

Alimlərdən aprelin 8-də müşahidə olunacaq Günəş tutulması ilə bağlı AÇIQLAMA

ABŞ alimləri Şimali amerikalıların aprelin 8-də müşahidə edə biləcəkləri tam tutulma zamanı Günəş tacını araşdırmaq niyyətindədirlər.

NASA rəsmiləri ulduzun səthində aktivliyin 11 illik pik həddinə yaxınlaşdığı bir vaxtda elektromaqnit şüalanma haqqında məlumat əldə etməyi gözləyirlər.

NASA administratorunun müavini Pem Melroy bildirib ki, tacı öyrənmək üçün ən yaxşı vaxt Günəş tutulması zamanıdır. Korona istilik və enerjinin günəş küləyinə ötürülməsində əsas rol oynayır, onun aktivliyi güclü partlayışlara səbəb ola bilər. Bu hadisələr Yerə elektromaqnit şüalanması ilə təsir edir və bu, hətta radio rabitəsinin pozulmasına səbəb ola bilər.

“Tacla bağlı tam başa düşmədiyimiz şeylər var və tutulma bizə ulduzumuzun gələcəyi ilə bağlı məlumat toplamaq üçün unikal fürsət verir”, - Melroy qeyd edib.

Mənbə: NBC

Bənzər xəbərlər

Gündəm

0.054819107055664