Filippində hərbi helikopter qəzaya uğradı: ölənlər var
Filippində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub.
Mozalan.az xəbər verir ki, bu barədə hərbi strukturlara istinadən "ABS-CBN News" telekanalı məlumat yayıb.
Məlumata görə, qəzaya səbəb "Kalmaegi" qasırğası olub.
"Axtarış-xilasetmə əməliyyatları nəticəsində "Super Huey" helikopterinin (Bell UH-1Y Venom – red.) pilot və ekipaj üzvlərinə aid olduğu güman edilən altı cəsəd aşkar edilib", - hərbçilər bildirib.
Təyyarə təbii fəlakət zamanı yardım göstərmək üçün ölkənin qasırğadan zərər çəkmiş bölgələrinə gedən dörd helikopterdən ibarət qrupun tərkibində olub. Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır və qəzanın səbəblərini müəyyənləşdirir.
Daha əvvəl qasırğa səbəbindən ən azı 26 nəfərin öldüyü, bir neçə yüz min insanın isə Filippinin mərkəzində evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilirdi.(Report)



















































