Florida Hava Limanı Trampın adını daşıya bilər
Florida Konqresmeni Meq Vaynberger Palm Biç Beynəlxalq Hava Limanının rəsmi olaraq Donald Tramp Beynəlxalq Hava Limanı adlandırılması üçün qanun layihəsi təqdim edib.
Mozalan.az xəbər verir ki, aeroport Trampın Palm Biç Adasında yerləşən sevimli Mar-a-Laqo malikanəsindən təxminən dörd mil məsafədə yerləşir.
Qeyd edək ki, fevral ayında Vaynberger həmçinin Cənubi Bulvarın dörd mil uzunluğundakı hissəsinin - materikdən Mar-a-Laqoya aparan yolun - prezidentin şərəfinə adlandırılması üçün qanun layihəsinin həmmüəlliflərindən biri olub.
Həmidə İbrahimova



















































