Nov 05

Ukrayna "Çelsi"nin satışından bütün vəsaiti ala bilməyəcək

“Çelsi” futbol klubunun satışından əldə olunan vəsaitin böyük hissəsi Ukraynaya deyil, Roman Abramoviçin şirkətlərinə yönəldiləcək.

Mozalan.az xəbər verir ki, bu barədə “Times” nəşri məlumat yayıb.

“Satış zamanı əldə edilən məbləğin əsas hissəsi klubun keçmiş sahibi Roman Abramoviçin borclarının ödənilməsinə sərf olunacaq. Böyük Britaniya hökuməti satışdan əldə edilən gəlirin ukraynalılara humanitar yardım kimi göndəriləcəyini vəd etmişdi.

Təxminən 1,54 milyard funtun Abramoviçə məxsus şirkətlərin kredit tələblərini ödəməyə yönəldiləcəyi bildirilir. Ekspertlərin fikrincə, mövcud maliyyə hesabatlarında bu borcların silinməsi nəzərdə tutulmadığı üçün Ukraynaya birbaşa ödənişin ümumiyyətlə baş verməməsi mümkündür.

Roman Abramoviç 2003-2022-ci illərdə “Çelsi” klubuna sahib olub. 2022-ci ilin mayında, o, sanksiyalara görə klubu amerikalı iş adamı Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma 5.33 milyard dollara satıb”, - məlumatda bildirilir.(axar.az)

Bənzər xəbərlər

Gündəm

0.020073890686035