Qarabağ münaqişəsinin ilk şəhidlərindən birinin məzarı tapıldı - FOTO
Qarabağ münaqişəsinin ilk şəhidlərindən birinin məzarı tapılıb.
Bizim.Media xəbər verir ki, məzar Ağdam rayonunun işğaldan azad edilmiş Qarağacı qəbiristanlığında tapılıb.
Belə ki, şəhid Əli Kamal Oğlu Hacıyevin qardaşı Arif Hacıyev uzun müddət idi ki, məzarı axtardığını deyir. Qəbiristanlıq erməni vandalları tərəfindən tamamilə dağıdıldığı üçün axtarışlar nəticə verməyib.
İllər sonra məzar bu gün aşkar edilib.
Qeyd edək ki, Əli Hacıyev 1988-ci ildə Qarabağda yaşayan ermənilərin torpaq iddialarına qarşı aksiya zamanı şəhid olub. Həmin ilin 22 fevralında Ağdam şəhərindən Əsgəran qəsəbəsi istiqamətinə təşkil olunan dinc aksiya zamanı 23 yaşlı Əli Hacıyev və 16 yaşlı Bəxtiyar Quliyev ermənilər tərəfindən şəhid edilib.
Tamamilə dağıdılmış məzarın qalıqları hissə-hissə ətraf ərazidən tapılaraq toplanıb.