“Crocus City Hall” terroru qurbanlarından 84 nəfərin kimliyi müəyyənləşdirilib
“Crocus City Hall”da törədilən terror aktından sonra ölənlərdən 84 nəfərin kimliyi müəyyənləşdirilib. Onların arasında beşi 9-16 yaş arası uşaqlar olub.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, İstintaq Komitəsinə terror aktı nəticəsində qohumların və ya yaxınların itkin düşməsinə dair 143 məlumat daxil olub.
Mənbə: kommersant.ru