Mar 14

Ərdoğan: “Beynəlxalq nizamın pozulması kimi problemlərə qarşı birgə mübarizə aparmalıyıq”

“Beynəlxalq nizamın pozulması kimi problemlərə qarşı birgə mübarizə aparmalıyıq”.

“Report” xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.

O, məktubunda qeyd edib ki, Antalya Diplomatiya Forumu bir çox dövlət başçılarını, 150 ölkədən olan təmsilçiləri bir yerə topladı:

“Həmin forumda iqlim dəyişmələri, müharibələr və bir çox mövzular müzakirə olundu. Bu gün də gündəmdə vacib məsələlərin müzakirəsi dayanır. Beynəlxalq nizamın pozulması kimi problemlərə qarşı birgə mübarizə aparmalıyıq. Parçalanma ilk olaraq regional səviyyədə başlayır və daha sonra qlobal səviyyəyə yüksəlir. Bu münaqişələr isə iqtisadi, siyasi və sosial sahələrə ciddi təsir göstərir”.

Ərdoğan məktubunda vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi artıq üçüncü ilinə keçir və sülhün bərpa olunması təxirəsalınmaz məsələdir:

“Türkiyə bu yolda addımlar atır, digər dövlətlər də səylərini gücləndirməlidir”.

Türkiyə lideri həmçinin bildirib ki, regional qeyri-bərabərliyin yaratdığı ayırıcı xətlər qlobal təhlükəsizlik probleminə çevrilməkdədir:

“Biz Cənubi Qafqaz regionunda çiçəklənmənin təmin edilməsi üçün çalışmalıyıq”.

Qeyd edək ki, R.T.Ərdoğanın məktubunu Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım oxuyub.

Bənzər xəbərlər

Gündəm

0.028776884078979