Mar 14

Atom hücumuna məruz qalan yeganə ölkənin vətəndaşları “Oppenheimer”in “Oskar” almasından danışdılar

Yaponiya vətəndaşları 78 il əvvəl şəhərlərini yerlə-yeksan edən atom bombasının hazırlanmasından bəhs edən “Oppenheimer”in ən yaxşı film kimi “Oskar” mükafatına layiq görülməsini narazılıqla qarşılayıblar.

Onlar bu barədə ölkədə keçirilən sorğuda münasibət bildiriblər.

Atom bombasının hazırlanmasından bəhs edən filmin yeddi mükafata layiq görülməsinin insanların məlumatsızlığı ilə bağlı olduğunu əsas gətirən yaponlar filmə baxmayacaqlarını və yapon gənclərinin də izləməməsi lazım olduğunu bildiriblər.

1942-ci il təvəllüdlü Kobayaşi isə çətinlik və yoxsulluq illərini yaşadığını və nüvə silahı ilə bağlı hər şeyi lazımsız gördüyünü bildirib, həmçinin filmi izləyəcəyi təqdirdə özünü pis hiss edəcəyinə inandığını vurğulayıb.

Adını açıqlamaq istəməyən başqa biri isə münaqişələrə və müharibələrə nifrət etdiyini ifadə edərək, bu mövzunun gündəmdə belə olmamalı olduğunu deyib.

Mənbə: TRT Haber

Bənzər xəbərlər

Gündəm

0.028130054473877