Mar 10

Alimlər Yerin dərinliklərində nə qədər su olduğunu müəyyən ediblər

Kanada alimləri yer qabığında su ehtiyatlarının mövcud olduğunu müəyyən ediblər.

Hesablamalara görə, planetimizin dərinliklərində 43,9 milyon kub kilometr su var. Bu, Yer kürəsinin bütün buzlaqlarında olduğundan daha böyük su ehtiyatıdır.

Tədqiqat “Geophysical Research Letters” (GRL) elmi jurnalında dərc olunub.

Müqayisə üçün qeyd edək ki, Antarktidanın buzunda 27 milyon kub kilometr, Qrenlandiyanın buzlaqlarında isə üç milyon kub kilometr su var. Yerin qalan buzlaqlarında 158 min kub kilometr su mövcuddur.

Alimlər qeyd ediblər ki, okeanlar Yerdə 1,3 milyard kub kilometr su saxlayan ən böyük su rezervuarı olaraq qalır.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.028149127960205