Nigeriyada polis məntəqəsinə silahlı hücum: Səkkiz nəfər öldürülüb
Nigeriyanın cənub-şərqində silahlıların hüquq mühafizə orqanlarına hücumu nəticəsində altısı polis olmaqla azı səkkiz nəfər öldürülüb.
Silahlı qrup Eboniyi ştatında polis nəzarət-buraxılış məntəqəsinə hücum edib.
Hücumun arxasında “Biafranın Yerli xalqları” separatçı qruplaşma üzvlərinin dayandığı bildirilir.
“Biafranın Yerli xalqları” qruplaşması 2012-ci ildə yaradılıb. Separatçı təşkilat Nigeriyadan ayrılmaq və müstəqil Biafra dövlətinin yaradılmasına çalışır.
Mənbə: Channels