Mar 08

İnsanlar onlayn ünsiyyətdən asılı ola bilərlər - HƏYƏCAN TƏBİLİ

İspaniyanın Qranada Universitetinin alimləri müəyyən ediblər ki, qacet vərdişi altında onlayn ünsiyyət asıllılığı gizlənə bilər.

Təcrübədə iki qrupa bölünmüş 86 bakalavr iştirak edib. Birinci qrupdan olan könüllülər əlaqə siyahısındakı ən aktiv istifadəçilərə geribildirim almaq üçün virtual reallıqdan istifadə edərək eksperimentdə iştirak edəcəklərini bildirən mesaj göndərməli olublar. İkinci qrupdakı iştirakçılara isə belə bir mesaj göndərməyiblər.

Bu hazırlıq mərhələsindən sonra iştirakçılar əslində virtual reallıq eynəklərindən istifadə edərək tapşırığı yerinə yetirməyə başladılar. Eyni zamanda, onların mobil telefonları stolun üstündə üzü aşağı qoyulub. Təcrübə zamanı alimlər xüsusi sensorlar vasitəsilə dərinin elektrodermal aktivliyini ölçməklə iştirakçıların emosional oyanma səviyyələrini izləyiblər.

Nəticələr göstərdi ki, mesaj göndərən insanların telefonlarını kənara qoymaq zərurəti ilə əlaqədar narahatlıq səviyyəsi daha yüksək olub. Həmçinin, onlardan istifadə etmək üçün icazə aldıqdan sonra ikinci qrupdakı iştirakçılara nisbətən daha çox emosional həyəcan yaşayıblar.

Mənbə: Gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.030128955841064