Mar 08

Mədəmiz niyə quruldayır?

ABŞ-li qastroenteroloq Donna Pauell bildirib ki, mədədə qurultu həzm prosesinin aktivləşməsini göstərə bilər. Həmçinin qazlı içkilər, lobya və kələm istehlakı səbəbindən artıq qazlarla əlaqələndirilə bilər.

Həkimin sözlərinə görə, yeməkdən dərhal və ya bir az sonra mədədə qurultunun olması həzm sisteminin aktiv olmasından xəbər verir. Müxtəlif səslər mədə və bağırsaqların əzələlərinin daralması nəticəsində yaranır ki, bu da həzm prosesində yeyilənlərin hərəkətinə kömək edir. Pauell bu fizioloji prosesin kənar nəzarətə tabe olmadığını bildirib.

Qurultunun intensivliyini azaltmaq üçün qastroenteroloq daha tez-tez, lakin kiçik hissələrlə yeməyi tövsiyə edir. Mütəxəssis, həmçinin gün ərzində daha çox su içməyi məsləhət görür. Qurultu səsinin qarşısını almaq üçün rasionunuzda köp əmələ gətirən qidaların nisbətini məhdudlaşdırmaq lazımdır. Bunlara soda, kələm, brokoli və paxlalılar daxildir.

Mənbə: Gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.029114961624146