Mar 07

Rusiya 700-ə yaxın əcnəbini axtarışa verdi

Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrində döyüşən 700-ə yaxın əcnəbini axtarışa verib.

Bu barədə jurnalistlərə komitənin mətbuat xidmətindən məlumat verilib.

“Əldə edilmiş sübutlar əsasında Niderland, Yeni Zelandiya, Norveç, Polşa və Rumıniya vətəndaşlarının Rusiya Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi (muzdluluq) ilə qiyabi təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi barədə qərar qəbul olunub. Hazırda 700-ə yaxın əcnəbi axtarışa verilib, onlardan bəziləri qiyabi həbs edilib”, - deyə məlumatda bildirilib.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.028140068054199