Mar 02

Uşaq bağçasına verilən çörəkdən siçan nəcisi çıxdı-AGDAMDA

Çörəyə qatılan kimyəvi maddələr cəmiyyətə xəstəliklər olaraq geri dönür

Buğda, taxıl, arpa, çovdar kimi müxtəlif taxıllardan əldə edilən unun xəmir halına gətirilərək mayalanması və bişirilməsilə əldə edilən çörək, karbohidrat baxımından zəngin bir qida olmaqla orqanizmi enerji ilə təmin etməkdə mühüm rol oynayır. Çörək, həmçinin B1, B6 kimi bir sıra vitamin qaynağıdır. Məhz buna görə də bu gün pəhriz saxlayanlar ilk olaraq çörəkdən imtina edirlər. Lakin mütəxəssislərin fikrincə, çörəkdən əslində düzgün şəkildə istifadə etmək lazımdır. Çünki yağ miqdarının aşağı olması və tox tutması baxımından çörək, tam taxıl və ya kəpəkli olması, tələbatdan artıq yeyilməməsi şərtilə pəhrizdə rahat istifadə edilə bilər.

Lakin bu gün hamımız çörək israfçılığına yol verildiyinin, hətta zibil qablarının yaxınlığına atıldığının şahidi oluruq. Əgər bunun bir səbəbi insanların son zamanlar pəhriz məqsədilə çörəkdən imtina etməsidirsə, digər səbəbi məhz çörəyin keyfiyyəti ilə bağlıdır. Ümumiyyətlə, bu gün bir sıra dünya ölkələrində çörəyi qabartmaq, ağartmaq, davamlılığını, həcmini artırmaq, parlaq olmasını təmin etmək üçün kimyəvi maddələrdən istifadə edilir. Bu çörəklər isə cəmiyyətə şəkər xəstəliyi, artıq çəki və xərçəng olaraq geri dönür.

Beləliklə, istər gigiyena baxımından, istərsə də tərkibində müxtəlif dəyişikliklər aparılan çörəyin istehsalında istifadə edilən kimyəvi maddələr xərçəngə şərait yaradır. Böyük həcmdə şişirdilmiş, içi boşalmış çörəklərin uzun müddət qalmalarını təmin etmək üçün 10 növ kimyəvi maddədən istifadə edilir. Duz miqdarının artıq olması isə başda qan təzyiqi olmaqla, ürək-damar, böyrək xəstəlikləri, sümük əriməsi, mədə xərçəngi, astma, artıq çəki, şiş riskləri yaradır.
Bu gün çörək istehsalı ilə bağlı bir sıra problemlərin olduğunu nəzərə alaraq həmin sahədə bir sıra addımların atılmasına ehtiyac var.
Problemlər sex həcmində fəaliyyət göstərən müəssisələrdə,hətta zavodlarda da var. Burada əsas problemlərdən biri odur ki, istehsalat prosesində texnoloji proseslər düzgün aparılmır. Bu da ondan ibarətdir ki, un ələnməsindən mağazalara çatdırılmasına qədər müəyyən problemlər yaşanır.
Məsələn, 2 gün qabaq Ağdamda çörəklə bağlı qalmaqal yaşanıb. Uşaq bağçalarına, xəstəxanalara müqavilə ilə çörək paylayan çirkətin məhsulunda siçan nəcisi aşkarlanıb.
Bu baradə Obyektivxeber.info-ya Ağdam sakinləri məlumat verib. Keyfiyyətsiz çörəklə bağlı yerli icra hakimiyyəıti və əılaqədar strukturlara şikayət edilib.
Çörəyi istehsal edən “Qarabağ” şörək zavodu Bərdədə yerləşir və məhsullarını yaxın rayonlara göndərir. 
Məsələyə qayıdacağıq.

Bənzər xəbərlər

Gündəm

0.021299839019775