Mar 03

Devid Saks: “Bayden yenidən prezident seçilərsə Ukraynaya qoşun göndərəcək” - FOTO

ABŞ Prezidenti Co Bayden qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə ölkə hərbçilərini Ukraynaya göndərəcək.

Bu barədə ABŞ-li iş adamı Devid Saks “X” sosial şəbəkəsində bildirib.

O vurğulayıb ki, bu gün ölkəyə qoşun yeridilməsi “yeganə tabu” olaraq qalır, lakin bu ehtimal artıq Qərbdə müzakirə olunur.

Onun sözlərinə görə, ABŞ lideri tənqidlərlə üzləşəcəyi üçün seçilməmişdən əvvəl belə bir addım atmayacaq.

“Amma mənim heç bir şübhəm yoxdur. O, ikinci müddətə seçilərsə, Ukraynaya quru qoşunlarını göndərəcək”, - deyə sahibkar yazıb.

O xatırladıb ki, Bayden əvvəlcə Kiyevə bəzi texnika, xüsusən də “F-16” döyüş təyyarələri və “Abrams” tankları vermək istəməyib, lakin sonradan fikrini dəyişib.

 

Bənzər xəbərlər

Gündəm

0.12226414680481