Mar 02

Yüksək səslə domino oynadı: Cərimə olundu

Gəncə şəhərində kafedə yüksək səslə domino oynayan şəxs saxlanılıb. 

“Qaynarinfo”nun məlumatına görə, hadisə şəhərdə yerləşən “Kolorit” kafesində baş verib. 

Belə ki, yüksək səslə domino oynayan 1978-ci il təvəllüdlü Azər Cəbiyevə (ad-soyad şərti) kafeninin xanım sahibi irad bildirib. İraddan sonra sakitləşməyən müştərinin oradan çıxarılması üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. 

Polis əməkdaşları gələrək onu müayinəyə aparmaq istəyiblər. Lakin Azər başını divara vuraraq, polis əməkdaşlarının təklifindən boyun qaçırıb. 

Məhkəmənin qərarı ilə Azər Cəbiyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib və 150 manat cərimə olunub. O, törətdiyi əməldən peşman olduğu üçün məhkəmə zalında azadlığa buraxılıb.

Bənzər xəbərlər

Gündəm

0.029777050018311