Türkiyə hərbçiləri Yunanıstana keçməyə çalışan FETÖ üzvlərini ələ keçirdilər
Türkiyə hərbçiləri qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 5 nəfəri ələ keçiriblər.
Saxlanılanlardan 3-nün “Fətullahçı” Terror Təşkilatının (FETÖ) üzvü olduqları məlum olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
“Terrorla mübarizəmiz davam edir. Sərhəd qartallarımız ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 5 nəfəri saxlayıb. Araşdırmalar nəticəsində tutulanlardan 3-nün FETÖ üzvləri olduqları müəyyən edilib”, - deyə nazirlikdən verilən açıqlamada qeyd edilib.
Mənbə: Haber Global