Qanlı əsgi, antisanitariya,biliksiz həkimlər-Şəmkir səhiyyəsindən VİDEOGÖRÜNTÜLƏR
Baş həkim Ayaz İbrahimovun fəaliyyətində ciddi nöqsanlar mövcuddur
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimovdan yuxarılara saysız-hesabsız şikayətlər ünvanlansa da, buna əhəmiyyət verən yoxdur
Şəmkir rayonunun səhiyyə sistemi bərbad vəziyyətdədir. Bu barədə rayondakı mənbələrdən məlumat almışıq. Müəyyən səbəblərə görə adının çəkilməməsini xahiş edən qaynağın bildirdiyinə əsasən Şəmkir Rayon Mərkəzi Xəstəxanası (RMX) müasir tibb avadanlıqlarla təchiz edilsə də, baş həkim Ayaz İbrahimovun qanuna sığmayan əməlləri vətəndaşların bunlardan istifadəsinə imkan yaratmır: "Həkimlərin əksəriyyəti müasir aparatlarda işləməyi bacarmır.
Buna baxmayaraq, xəstəxana rəhbəri həmin tibb işçilərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmür.
Ayaz İbrahimov baş həkim vəzifəsinə təyin ediləndən sonra Şəmkirin səhiyyə sistemində durğunluq yaranıb. Mərkəzi xəstəxananın həkimləri vətəndaşlara normal münasibət və xidmət göstərmirlər. Onların gözü ancaq və ancaq vətəndaşların cibindədir. Kim istəyirsə ki, həkimlər ona yaxşı xidmət göstərsin mütləq əlini cibinə salmalıdır. Əks təqdirdə həkimlər vətəndaşlara yüksək səviyyəli xidmət göstərmir. Sanitar əks-epidemik tədbirlər vaxtında görülmədiyinə görə, rayonda infeksion xəstəliklər kəskin şəkildə artıb. Ən böyük problem isə doğum şöbəsində yaşanır. Belə ki, yeni doğulan körpələrə vərəm əleyhinə peyvəndlər vurulmur. Bu azmış kimi, həkimlərin məsuliyyətsizliyi ucbatından bəzən ya uşaq, ya da ana dünyasını dəyişir. Ayaz İbrahimov isə belə halların ictimailəşməsinə imkan vermir. O bəzi yollara üz tutaraq yaranan problemləri tez bir zamanda aradan qaldırır".
Səhiyyə Nazirliyi tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına ayrılan təxminən 120 adda dərman və tibbi ləvazimatlar təyinatı üzrə sərf edilmir: "Baş həkim bu dərmanların tibb idarələrinə, o cümlədən təcili təxirəsalınmaz tibbi yardım stansiyalarına paylanmasına qarşıdır. Çünki xəstəxana rəhbəri həmin dərmanları ya öz apteklərində satışa çıxarmaqla, ya da onların bir hissəsini nəyinsə əvəzində qonşu rayonlara göndərməklə maliyyə imkanlarını yaxşılaşdırır. Şəmkirin səhiyyəsi acınacaqlı halda olduğu üçün rayon əhalisi daha çox Gəncə və Bakıya üz tutur. Həmçinin mərkəzi xəstəxanada peşəkar həkim qıtlığı var. Sözsüz ki, bu da bəzi fəsadların yaranmasına gətirib çıxarır. Məsələn, xəstəxanada vətəndaşlara düzgün diaqnoz qoyulmur. Normal səviyyədə tibbi biliyi olmayan şəxslər insanlara səhv diaqnoz qoymaqla onların əlavə problem yaşamasına səbəb olurlar. Ayaz müəllim vəzifə səlahiyyətlərinin öhdəsindən layiqli şəkildə gələ bilmir. Son vaxtlar ondan yuxarılara ünvanlanan şikayətlərin sayı-hesabı yoxdur.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
BİZİMHEDEF.İNFO
P.S Son verilən məlumata görə Şəmkirdə yeni illə bağlı gücləndrilmiş iş sisteminə keçidlə bağlı səhiyyə işçilərinə qədərindən artıq pul yazılıb. Hazırda təftiş gedir və həkimlər həmin artıq pulları dövlətə qaytarırlar.
(Reytinq:0)