Dec 20

Xaçmazda priton işlədən Məzahirə kim havadarlıq edir?

Bu gün bütün dünya dövlətlərini ən çox narahat edən problemlərdən biri də insan alveri problemidir. Gün keçdikcə bu problem özünü daha qabarıq şəkildə göstərməyə başlayır. ABŞ Dövlət Departamentinin bu sahə üzrə illik hesabatında göstərilir ki, hər il dünya üzrə 800 mindən artıq insan bu qanunsuz ticarət növünün qurbanı olur ki, onların da 80 faizi qadınlar və gənc qızlardır.
Məlumat üçün bildirək ki, insan alveri güc işlətmə və ya güc işləyədiləcəyi ilə hədələmə və digər formada məcburiyyət, oğurlama, fırıldaqçılıq, aldatma, hakimiyyətdən və ya köməksizlikdən sui-istifadə yolu ilə, yaxud başqa şəxsə nəzarət edən şəxsin razılığını pul və ya fayda verməklə alma yolu ilə insanların istismar məqsədi ilə cəlb edilməsi, daşınması, başqasına verilməsi, gizlədilməsi və ya əldə edilməsi deməkdir. İstismar ən az başqa şəxslərin fahişəliyinin istismarını və ya cinsi istismarının digər formalarını, məcburi əməyi və ya xidmətləri, köləliyi və ya köləliyə bənzər adətləri, asılı vəziyyəti və ya bədən üzvlərinin çıxarılmasını əhatə edir. BMT-nin son hesablamalarına görə, il ərzində insan alverindən 20 milyard dollara yaxın gəlir əldə edilir və silah və narkotika ticarətindən sonra dünyada ən çox gəlir gətirən sahə hesab olunur.

Qurbanların orqanları satılır

İnsan alveri ilə məşğul olan xüsusi cinayətkar qruplar daha çox xüsusi risq qrupuna daxil olan insanları seçir və onları öz torlarına salmağa çalışırlar. Qadın alverçilərinin toruna əsasən savadsız, kasıb, dünyagörüşü dar olan, həyat yoldaşından boşanmış, ailəsində problemi olan, maddi sıxıntı içərisində yaşayan, iş tapa bilməyən, qalmağa yeri olmayan, bəzən isə dünyagörüşünü artırmaq istəyən, cah-cəlallı və komfortlu həyat xülyası ilə yaşayan qadınlar düşürlər. Təəssüf doğuracaq faktlardan biri də odur ki, bu cür cinayətlərin təşkilatçıları da əksər hallarda məhz qadınlar olur. Onların bəziləri isə ilk əvvəl özləri əxlaqsızlıqla məşğul olur, bu peşəyə yiyələndikdən sonra isə digərlərini də öz arxalarıyla sürükləyirlər.
Diqqət çəkən məqamlardan biri də insan alverinin qurbanı olan qadınların bir qisminin sonradan qətlə yetirilməsidir. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, il ərzində ayrı-ayrı ölkələrdə bu sahədə çalışan minlərlə qadın yoxa çıxır. Onlar ya ölkəni dəyişir, ya da fiziki cəhətdən məhv edilirlər. Əksəriyyəti gənc olduğundan həmin qurbanlar bir çox hallarda öldürülərək orqanları transplantasiya üçün istifadə edilir.

Gecə barları Və ailəvi istirahət mərkəzləri əxlaqsızlıq yuvalarına çevrilib


İnsan alverinin və fahişəliyin geniş yayılmasında gecə barlarının da böyük “əməyi” var. İnkişaf etmiş ölkələrdə barlar daha çox istirahət məkanları kimi tanınsa da, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda barlar daha çox əyləncə və əxlaqsızlıq yuvası qəbul olunur. Doğma Bakımızın müxtəlif ərazilərində, xaricdən fərqli olaraq əsasən zirzəmilərdə yaradılan barlarda gənc qızlar və qadınlar əxlaqsızlıqla məşğul olurlar. Onların bəziləri könüllü şəkildə, bəziləri isə başqaları tərəfindən aldadılaraq bu işlə məşğul olurlar. Hətta polisin keçirdiyi reydlər zamanı azyaşlıların da pozğunluqla məşğul olduğu üzə çıxıb. Bütün bunlara baxmayaraq bu sahədə heç bir ciddi tədbirin görülməməsi isə ancaq təəssüf doğurur.
Ekspertlərin sözlərinə görə, qadınlarla yanaşı kişilər və uşaqlar da bu alverin qurbanı olurlar və bu kimi faktların sayı getdikcə artır. Kişilər əsasən yüksək maaş qazanmaq istəyi ilə insan alverçilərinin qurbanına çevrilirlər. Gün ərzində sərf etdikləri əməyin müqavilində cüzi məvacib alırlar.


Eyni şeyi ailəvi istirahət mərkəzləri altda fəaliyyət göstərən otel və motellərə də aid etmək olar. Burada günün istənilən saatı , istənilən yaşda qadın sifariş etmək olur.



Xaçmazda əxlaqsızlıq 


Bir müddət əvvəl Xaçmaz rayonunda əxlaqsızlıq yuvası aşkar edilmişdi.
Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olmuşdu. 
Gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılmışdı. 
Ancaq bu xırda obyekdir.
Azerinfo.tv-yə Xaçmazdan daxil olan məlumatda deyilir ki, qadın alverinin şıdırğı getdiyi obyekt Xaşmaz şəhərinə girəcəkdə, “Şəfəq” Ailəvi İstirahət Mərkəzinin düz yaxınlığındakı adsız obyekdir. Bu obyektin sahibi Məzahir adlı şəxsdir ki, uzun müddət “Şəfəq”i qardaşı ilə şərik işlədib. Sonradan ayrılaraq yaxınlıqda adı olmayan obyekt tikib.
Burada tam təhlükəsiz qadın sifariş vermək olur. Deyilənə görə bura hətta azyaşlılar da gətirilərək cinsi istismara məruz qoyulur.
Yerli polis isə buna göz yumur. Məzahirin sözlərinə görə polis rəisi ilə “isti” münasibəti var. Hərgah ki, Nöfəl Məghərrəmov işlədiyi yerlərdə, o cümlədən Nizami rayonunda çalışarkən cinayətkarlığa aman verməyən zabit kimi tanınıb.
Ola bilsin ki, Xaçmazda saha müvəkkili yaxud əməliyyatçılar Məzahirin obyektində baş verənlərdən xəbərdar olsalar da ona məruzə etməyiblər.Həm də onun adı məlum obyekti işlədən şəxs tərəfindən qəsdən hallandırılır ki, məsuliyyətdən yayınsın. Hər bir halda bunu polis rəisinə qarşı hərəkət kimi dəyərləndirmək olar.
Mövzunu davam etdirəcəyik.

 

Bənzər xəbərlər

Gündəm

0.015990018844604