Oct 12

HƏMAS-ın hücum etdiyi musiqi festivalından sağ çıxan gənc yaşadığı dəhşətli anlardan danışdı - FOTO

HƏMAS-ın ilk hücum hədəflərindən olan və 260 nəfərin ölü tapıldığı Negev səhrasındakı musiqi festivalından sağ çıxan 26 yaşlı Arik Nani adlı gənc yaşadığı dəhşətli anlardan danışıb.

Bu barədə “Haber Global” məqalə dərc edib. 

Arik Nani hücum zamanı festivalın keçirildiyi ərazidən şərqə doğru qaçdıqlarını bildirib. “İzdihamdan uzaqlaşmaq istədik, çünki hədəf olmaq istəmirdik. Ona görə də qaçmaq və gizlənmək məcburiyyətində idik. Kolların arasında gizləndik. Silah səsləri bizə çox yaxınlaşdı və biz mümkün qədər sakit olmağa çalışdıq. Barıt iyi və qara tüstü hər yanı bürümüşdü”, - deyə o bildirib.

“Səhrada 6 saat qaçmalı olduq. Silahlı hücumçular bizi təqib etdikləri zaman qum təpələrində 15 kilometr yol getdik. Hər yerdən atəş səsləri eşidirdim. Hamı qaçırdı və nə edəcəyimizi bilmirdik. Tam bir xaos idi. Onlarla raket atılırdı. Hər yerdən silah səsləri gəlirdi, ancaq qaçmalı idik”, - deyə o Nani əlavə edib.

Arik Naninin sözlərinə görə, hücumdan sağ çıxan yaxın dostu ilə birlikdə 26 yaşını qeyd etmək üçün festivala gedib. “Festivaldakı hər kəsi ailəmdən biri kimi hiss edirdim. Bu tədbirdə heç kim heç kimə zərər vermirdi. Biz sülhsevər qlobal birliyik, bu qlobal festivaldır. Orada olan hər kəs yaxşı və nəzakətli olmağa çalışan insanlar idi. Mənə elə gəlir ki, ailə üzvlərim ölüb”, - deyə gənc kədərini ifadə edib.

Nani qaça bilməyənləri düşündükcə təəssüf hissi keçirdiyini deyib.

“Yolda çox dəhşətli şeylərlə qarşılaşdım. Kömək etmək istədiyim, lakin edə bilmədiyim insanlar. Arxada qalan insanlar, nəyəsə ehtiyacı olan insanlar…”, - deyə o yaşadıqlarını xatırlayıb.

Bənzər xəbərlər

Gündəm

0.02968692779541