Mar 06

İranda daha altı nəfər edam hökmünə məhkum edilib

İranın Əhvaz şəhərinin İnqilab Məhkəməsi “Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatı”nın altı silahlısını ölüm cəzasına məhkum edib.

Onlar Bəsic silahlılarının iki döyüşçüsü, həmçinin bir polis və bir əsgəri öldürməkdə təqsirli biliniblər.

İranda terror təşkilatı kimi tanınan “Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatı” 1999-cu ildən Xuzistan əyalətində fəaliyyət göstərir. Onun üzvləri Xuzistan əyalətinin İrandan ayrılaraq orada ərəb dövləti yaradılmasını istəyirlər.

Mənbə: Tasnim

Bənzər xəbərlər

Gündəm

0.028059959411621