Mar 05

Kocaelidə mənzildən gələn naməlum pis qoxu beş nəfəri zəhərlədi - FOTO

Türkiyənin Kocaeli vilayətində evdə yayılan pis qoxu 5 nəfərin zəhərlənməsinə səbəb olub.

Mənzildən gələn pis qoxu səbəbilə səhər saatlarında eyni evdə yaşayan 4 nəfər zəhərlənib. Həmçinin aşağı mərtəbədə yaşayan polisin də qoxudan zəhərlənərək xəstəxanaya aparıldığı məlum olub. Bölgəyə gələn AFAD qrupları mənzildə xüsusi geyim və qaz maskaları ilə araşdırmalara başlayıb.

Zəhərlənənlərin yaşadığı mənzilin vanna otağının havalandırma boşluğunda işlər gücləndirilib, lakin qoxunun səbəbi tapılmayıb. Bu halda bütün mənzillərdə yoxlamalar aparılıb.

Ərazidəki kanalizasiya qapaqları və mənzilin altında xidmət göstərən restoranın yeməkləri də yoxlanılıb.

Araşdırmalar davam edir.

Mənbə: NTV.com.tr

Bənzər xəbərlər

Gündəm

0.02239990234375