Mar 03

“Sputnik V” peyvəndinin yaradıcılarından biri öldürülüb

Rusiya hüquq-mühafizə orqanlarına “Sputnik V” peyvəndinin yaradılmasında iştirak etmiş N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Elmi Mərkəzinin baş elmi işçisi Andrey Botikovun öldürüldüyü məlum olub.

Hadisə martın 2-də Roqova küçəsində yerləşən yaşayış binasında baş verib. Mənzilin 47 yaşlı sahibi Andrey Botikov 29 yaşlı kişi ilə mübahisə zamanı boğularaq öldürülüb. Cinayətkar hadisə yerindən qaçsa da, onun yeri qısa zamanda müəyyən edilib.

Dindirilmə zamanı qətldə təqsirləndirilən şəxs günahını etiraf edib, ona qarşı ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs əvvəllər də ağır cinayət törətdiyinə görə artıq cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Bildirilir ki, qətl məişət zəminində, münaqişə zamanı törədilib.

Mənbə: vesti.ru

Bənzər xəbərlər

Gündəm

0.044651031494141