Mar 03

Banqladeş Ukraynadakı müharibəyə görə kompensasiya tələb etdi: “Qazanclarının ən azı 20%-ni verməlidirlər”

“Ukraynadakı müharibədən “böyük gəlirlər” əldə edən şirkətlər zərərçəkmiş az inkişaf etmiş ölkələrə kompensasiya ödəməlidirlər”.

Bu sözləri Banqladeşin xarici işlər naziri Abdul Momen Nyu-Dehlidə keçirilən G20 sammiti zamanı deyib.

“Bu müharibədə bəzi şirkətlər böyük gəlirlər əldə edirlər... enerji və müdafiə şirkətləri. Ona görə də biz iddia edirik ki, artıq mənfəət əldə edən şirkətlər qazanclarının ən azı 20%-ni bizim kimi ən çox zərər çəkən ölkələrə göndərməlidirlər”, - deyə Abdul Momen qeyd edib.

Lakin o, konkret şirkətlərin adlarını çəkməyib.

Qeyd olunub ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə enerjisinin böyük hissəsini idxal edən xüsusilə Banqladeş kimi ölkələr üçün əhəmiyyətli qlobal iqtisadi nəticələrə gətirib çıxarıb. Xarici işlər nazirinin sözlərinə görə, Banqladeşin enerjisinin təxminən 95%-i idxal olunur.

“Təbii ki, biz enerjini xaricdən alırıq. Enerjinin qiyməti kəskin bahalaşıb, bu da yüksək inflyasiyaya gətirib çıxarıb. Biz subsidiyalar verməklə inflyasiyanı nəzarətdə saxlamağa çalışırıq və bu, hökumətə baha başa gəlir. Ona görə də biz müharibənin bitməsini istəyirik. Biz sülh danışıqlarına inanırıq”, - deyə Momen bildirib.

Bundan əlavə, XİN rəhbəri qeyd edib ki, G20 ölkələri bu kompensasiyanın ödənilməsini “məcburi” etməlidirlər.

Mənbə: UNIAN

Bənzər xəbərlər

Gündəm

0.07878303527832