Mar 03

Medvedev: “Təyyarələrin Ukraynaya tədarükü NATO-nun Rusiya ilə müharibəsi kimi qiymətləndiriləcək”

Ukraynaya NATO təyyarələrinin tədarükü və onların Polşada saxlanması NATO-nun birbaşa Rusiyaya qarşı müharibəyə qoşulması olardı.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Qərbli analitiklər könülsüz də olsa, etiraf edirlər ki, NATO mütəxəssislərinin ukraynalılara öz hərbi texnikalarından döyüşdə istifadə etməyi öyrətməsi NATO-nun Ukrayna tərəfində hərbi münaqişədə birbaşa iştirakı kimi qiymətləndirilə bilər”, - siyasətçi öz “Telegram” kanalında yazıb.

O qeyd edib ki, 1920-ci illərdən bəri bir ölkə silah tədarükü ilə yanaşı, onunla məşğul olmaq üçün kadrlar hazırlayırsa, həmin ölkənin hərbi əməliyyatların iştirakçısı kimi tanınır.

Onun sözlərinə görə, əgər gələcəkdə təhvil veriləcək NATO təyyarələrinə qərbli hərbçilərin, məsələn, Polşa ərazisində xidmət göstərəcəklərini təsəvvür etsək, “bu, atlantikçilərin birbaşa Rusiyaya qarşı müharibəyə başlaması olacaq. Belə texnika və ya silahların tədarükü (təmiri) ilə bağlı qərar qəbul edən bütün şəxslər, o cümlədən əcnəbi muzdlular və hərbi təlimatçılar qanuni hərbi hədəf kimi qəbul ediləcəklər”.

Medvedev, vurğulayıb ki, Qərbi Kiyevə uzaqmənzilli təyyarə və silah ötürməkdən çəkindirən məzh elə budur. Lakin Qərbin Rusiyanı əzmək həvəsi artıq çox böyükdür.

Bənzər xəbərlər

Gündəm

0.03318190574646