III Çarlzın həyat yoldaşı kraliça olacaq
Hazırda Britaniyanın Kraliça-konsortu (kralın həyat yoldaşı – red.) titulu daşıyan Kamilla may ayında Kral III Çarlzın tacqoyma mərasimindən sonra titulunu dəyişəcək.
Məlumata görə, bu, onun mərhum qayınanası Kraliça II Elizabetin istəklərinə ziddir.
Kornuoll hersoginyası kimi tanınan Kamilla Parker-Boulz 2022-ci ilin sentyabrında II Elizabetin ölümündən sonra Kraliça-konsort olub. Ərinin rəsmi olaraq taxta çıxmasından sonra qadın titulunu dəyişərək kraliça olmağı planlaşdırır.
Ehtimal edilən dəyişiklik keçən həftə Kamillanın xeyriyyə fondunun adının “Kornuoll hersoginyasının oxu zalı” deyil, “Kraliçanın oxu zalı” kimi dəyişdirilməsi ilə ortaya çıxıb.
Qeyd edək ki, III Çarlz mayın 6-da Vestminster Abbatlığında tac qoyacaq.
Mənbə: gazeta.ru