Səudiyyə Ərəbistanında 16 min miqrant həbs edilib
Səudiyyə Ərəbistanı hakimiyyəti son həftə ərzində yaşayış, iş və sərhəd təhlükəsizliyi qaydalarını pozduqları üçün 16 105 nəfəri həbs edib.
Fevralın 16-dan 22-dək ümumilikdə 9551 nəfərin yaşayış yeri üzrə qanun pozuntusuna görə, daha 3977 nəfərin sərhədi qanunsuz keçməyə cəhd etdiyinə görə, 2577 nəfərin isə əmək fəaliyyəti ilə bağlı qanun pozuntularına görə həbs edildiyi bildirilib.
Hesabatda Krallığa qeyri-qanuni yollarla daxil olmaq cəhdinə görə həbs edilən 3977 nəfərin 36%-nin yəmənli, 52%-nin efiopiyalı, 12%-nin isə digər millətlərdən olduğu göstərilib.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bildirib ki, Krallığa qeyri-qanuni girişə şərait yaradan hər kəsi 15 ilə qədər həbs, 260 min dollara qədər cərimə və ya nəqliyyat vasitələri və əmlakın müsadirəsi gözləyir.
Mənbə: rossaprimavera.ru