Feb 24

İrəvan Bakının sərhədlə bağlı təklifini məqbul hesab etməyib - RƏSMİ

“Rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib”.

Mozalan.az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Ermənistan verilən təkliflərdən imtina edir.

Ceyhun Bayramov qeyd edib ki, Ermənistan manipulyasiyalarla məşğul olmaqda, yanlış təsəvvür yaratmaqda və lazımsız gərginlikdə maraqlıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibəsində bildirib:

 “Yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılıb. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi”.

Bənzər xəbərlər

Gündəm

0.084661960601807