Feb 24

ABŞ-də yazıçı prezident seçkisində namizəd olacaq

Məşhur amerikalı yazıçı Marianna Villiamson 2024-cü ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Bildirilir ki, 70 yaşlı qadın yazıçı Demokratlar Partiyasından namizədliyini irəli sürəcək.

M.Villiamson mətbuata ilk açıqlamasında söyləyib ki, ölkəsi korporativ oliqarxların, korporasiyaların, silah istehsalçılarının kölgəsi altında “avtoritarizm təhlükəsi” ilə üzləşib və onun məqsədi Birləşmiş Ştatları bu təhlükələrdən qorumaqdır.

M.Villiamson xüsusən “Kölgə effekti”, “Sevgiyə qayıdış”, “Dəyişiklik”, “Möcüzələr ili” kitabları ilə populyarlıq qazanıb.

Mənbə: The Hill

Bənzər xəbərlər

Gündəm

0.028465032577515