Ərdoğan Qaribaşvili ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ankarada keçirilən görüşdə bölgədəki vəziyyəti müzakirə ediblər.
Bu barədə cümə axşamı Gürcüstan hökuməti administrasiyasının rəhbəri Revaz Cavelidze bildirib.
“Ölkədə və regionda cari proseslər, eləcə də Ukraynadakı müharibə və onun Qara dənizdə təhlükəsizliyə təsiri müzakirə edilib”, - Cavelidze məlumat verib.
Onun sözlərinə görə, Qaribaşvili və Ərdoğan iki ölkə arasında strateji əlaqələr və iqtisadi layihələri də müzakirə ediblər.
Qeyd edək ki, Qaribaşvili Türkiyəyə cümə axşamı gəlib. Cümə günü Gürcüstanın baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 6-da baş vermiş dağıdıcı zəlzələlərdən zərər çəkmiş ölkənin cənubunda yerləşən Hatay vilayətinə yola düşəcək.
Mənbə: TASS