Türkiyədə zəlzələdə həlak olanların sayı AÇIQLANDI
Türkiyədə zəlzələdə həlak olanların sayı artmaqda davam edir.
Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Onun sözlərinə görə, artıq təbii fəlakət qurbanlarının sayı 43 556 nəfərə çatıb.
Nazir qeyd edib ki, bu rəqəm daha da arta bilər. Belə ki, təkcə Hatayda dağıntılar altında insanların olması ehtimal edilən daha iki bina var.
Mənbə: Haber Global