Sallivan: “Rusiya Baydenin Kiyevə səfəri ilə bağlı heç bir təhlükəsizlik zəmanəti verməyib”
ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan təsdiqləyib ki, Prezident Co Baydenin Kiyevə səfəri ilə bağlı Rusiyaya xəbərdarlıq edilib, lakin Rusiya tərəfi heç bir təhlükəsizlik zəmanəti verməyib.
“Onlar yalnız mesajın alındığını təsdiq etdilər. Cavab olmadı. Bu, sadəcə bir mesaj və onun alınmasının təsdiqi idi, heç bir təhlükəsizlik zəmanəti verilmədi”, - deyə Sallivan bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfinin artan təhlükəsizlik tədbirlərinə təəccüblənməməsi üçün ABŞ prezidentinin iş qrafikinin təfərrüatı təqdim edilib.
Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden fevralın 20-də Kiyevə elan olunmamış səfər edib.
Mənbə: pravda.com.ua