Feb 22

Merkuri Günəşin önündən keçərkən görüntüləndi

Günəş diski üzərindən keçən Merkuri planetinin görüntüsü əldə olunub.

Bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.

Foto “Solar Orbiter” aparatının vasitəsilə çəkilib.

Avropanın robotlaşmış günəş zondu Günəşin ətrafında fırlanaraq onun Yerdən əlçatmaz olan qütb bölgələrini görməyə imkan verir.

Zondun göndərdiyi son təsvirdə Merkuri şəklin aşağı sağ hissəsində qara dairə kimi görünür və statik günəş ləkələrindən aydın şəkildə fərqlənir.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.063048124313354