Britaniya İran rəsmiləri və SEPAH komandirlərinə qarşı sanksiya tətbiq edir
Britaniya hökuməti İrana qarşı sanksiyalar siyahısını genişləndirərək daha 8 ad əlavə edib.
Sənədin yenilənmiş variantı bazar ertəsi Krallığın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
“Qara siyahı”ya İranda üç inqilab məhkəməsinin sədri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Təqi Osanlu, Sistan və Bəlucistan əyalətində SEPAH komandirinin iki müavini daxildir. Sistan və Bəlucistan əyalətinin qubernatoru Məhəmməd Kərəmi və Sənəndəc bölgəsinin rəhbəri Həsən Əsgəriyə də sanksiya tətbiq edilib.
Həmin şəxslərə qarşı məhdudiyyətlərin tətbiqi üçün əsas kimi onların yaşamaq hüququnun, işgəncəyə məruz qalmamaq hüququnun və ədalətli məhkəmə araşdırması hüququnun ciddi şəkildə pozulmasına dəstək vermələri, təşviq etmələri və ya bu prosesdə iştirak etmələri göstərilir.
Həmçinin, Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslər ciddi insan haqları pozuntularına cəlb olunublar.
Mənbə: TASS