Rusiyada özəl helikopter təcili eniş etdi: Ölən və yaralanan var
Rusiyanın Kemerovo vilayətinin Kuzbass bölgəsində Mi-8 helikopteri təcili eniş edib.
Göyərtəsində 10 nəfərin olduğu şəxsi Mi-8 helikopteri Topxan dağı yaxınlığında enib. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.
Bu barədə operativ xidmət orqanları məlumat verib.
“Özəl Mi-8 helikopteri Mejdureçenski rayonunda Topxan dağı yaxınlığında təcili eniş edib. Təyyarədə on nəfər olub. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb”, - deyə mənbədən bildirilib.
Mənbə: TASS