Süni intellekt Fransada Makrona qarşı "çevriliş" etdi
Fransada dövlət çevrilişi ilə bağlı saxta video hazırlanıb.
Mozalan.az xəbər verir ki, süni intellektin köməyilə hazırlanan kadrlar "Facebook" sosial şəbəkəsində yayılıb.
Hətta Fransa Prezidenti Emmanuel Makron saxta videonu sildirə bilməməsindən və Fransanın gülüş mənbəyinə çevrilməsindən gileylənib.
Dövlət başçısının sözlərinə görə, afrikalı həmkarlarından biri videoya rast gəldikdən sonra ona narahatlıq dolu mesajlar göndəriblər.
Qeyd edək ki, süni intellekt tərəfindən yaradılmış süjetdə fransalı jurnalist ölkəsində naməlum polkovnikin rəhbərliyi ilə çevrilişin baş verdiyini elan edir.(oxu.az)



















































